İctimai iaşə dövriyyəsi 5,1 faiz artıb

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,1 faiz artaraq 778,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 316,6 milyon manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR