Sumqayıt sakini Xaçmazda köşkdən oğurluq edib

Xaçmaz rayonunda köşkdən oğurluq edən şəxs saxlanılıb.

Metbuat.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 13-də Xaçmazın Qımıl-qışlaq kənd sakini Zaur Mustafayev polisə müraciət edərək bildirib ki, üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulu oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb. Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR