Gəncədə Cavad Xana heykəl qoyulur

Gəncədə Cavad Xana heykəl qoyulur
21:51 12 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində qəhrəmanlıq rəmzi olan Cavad Xanın heykəli qoyulacaq.

ANS PRESS-in məlumatına görə, 2014-cü ildə şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə məsələ müzakirəyə çıxarılıb. Gəncə şəhərinin Şəmkir istiqamətindən girişində heykəl üçün müvafiq yer ayrılıb və abidənin layihəsi artıq təsdiqlənib.

Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR