Naxçıvan toylarında yemək mövzusu - Açıqlama

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov son vaxtlar sosial şəbəkələrdə Naxçıvan toylarında yeməklərin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Metbuat.az nuhcixan.az-a istinadən xəbər verir ki, B. Əsgərov bildirib ki, sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır.

"Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə, onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur” - deyə B.Əsgərov vurğuıayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR