“Səmaya gedən yol”dan heyrətamiz görüntülər yayıldı - FOTOLAR

Müqəddəs Məkkəyə yaxın ərazidəki yollardan birindən heyrətamiz görüntülər yayılıb.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, Əl-Hada adlanan region turistlərin ən çox sevdiyi məkanlardan biridir. Məkkəyə, eləcə də Ciddə şəhərinə səyahət məhz buradan başlayır. Yolun xeyli hissəsi öz təkrarolunmaz mənzərələri ilə xüsusən fotoqraflar üçün böyük maraq kəsb edir. Dolama yol sanki dağ və buludlar arasından keçir. Xüsusilə, gecələr yol boyunca işıqlar yandığı zaman gözəllikdən doymaq olmur. Bu yolu səyahətçilər “səmaya gedən yol” da adlandırırlar.

Bu bölgə həm də olduqca sərin hava ilə tanınır. Bir qayda olaraq burada təqvim ili boyunca temperatur 20-28 dərəcə arasında dəyişir.

Tarixçilərin qeyd etdiyinə görə, sözügedən yol on əsrlər boyunca mövcud olub. İngilis dilində “dəvə yolu" mənasını verən "Tarik əl-Cəmməla" adı ilə də tanınır. Məlumdur ki, bu yolla qədimlərdən tacirlər, habelə zəvvarlar gedib-gəliblər.

Kara şəhərindən keçən yola “Kara yolu” da deyirlər. Yol dəfələrlə genişlənmiş və abadlaşdırılmışdır. Genişləndirmə layihələri 1398 və 1427-ci illərdə həyata keçirilib. Müasir layihələr yolun daha təhlükəsiz və rahat olmasını təmin edib.

Uzunluğu 87 km olan Kara yolu 4 zolağa bölünüb. Məkkədən Ərafata gedən yol 21 km, Ərafatdan Karaya 23 km, Karadan Əl-Hadaya 23 km-dir. Yolun spirala bənzər ən təhlükəli hissəsi 20 km təşkil edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR