Sumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib – VİDEO

Sumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib. Kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub.

Metbuat.az xəbər verir ki, Xəzər TV-nin çəkiliş qrupu həmin ünvanda olub. It ilkin yardım üçün əvvəlcə Sumqayıt Şəhər Baytarlıq Idarəsinə aparılıb, daha sonra isə heyvan sığınacaqlarından birinə təhvil verilib. Gözləri və ayaqları al-qan içində olan it binanın blokunda çarəsiz halda yatırdı.

Bura Sumqayıt şəhəri Nizami küçəsi 5 ünvanında yerləşən yaşayış binasının bloklarından birinin içidir. Kimliyi bilinməyən bir nəfər tərəfindən sahibsiz itə qarşı sözün əsl mənasında zorakılıq tətbiq olunub. İtin gözlərini çıxarmaq istəyən şəxs onun hər iki gözünə ciddi xəsarət yetirib.

Hadisə ilə bağlı elə həmin bina sakini Sürəyya Hüseynova bizə məlumat vermişdi. Onun sözlərinə görə, işgəncə verilən it gecə saatlarında gətirilərək həmin binanın blokuna atılıb. Sahibsiz itin bu hala salınması bina sakinlərinin qəzəbinə səbəb olub.

Elə bina sakini Sürəyya Hüseynova tərəfindən Evsiz Heyvanların Müdafiə İctimai Birliyinin əməkdaşları da həmin yerə dəvət olunmuşdu. Daha sonra isə it ilkin tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhəri Baytarlıq İdarəsinə aparıldı. Yaralı olan it həddindən artıq aqressiv olduğundan ona ilkin yardım göstərmək mümkün olmadı. Sumqayıt Baytarlı xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən Elman Aslanov bildirdi ki, idarə tərəfindən hadisəni törədən şəxsin tapılması üçün Sumqayıt şəhər polis idarəsinə məlumat veriləcək.

Daha sonra it reablitasiya keçmək üçün Evsiz Heyvanlarin Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına aparıldı.

Qeyd edək ki, inzibati xətalar məcəlləsinə görə, heyvanlara qarşı zorakılıq tətbiq edən şəxslər 500 manata qədər cərimə edilir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR