Ramil Şeydayev yeni klubla müqavilə imzaladı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Trabzonspor”la müqaviləsini pozduqdan sonra yeni klubla müqavilə imzalayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, o, “Krılya Sovetov” klubunda çıxış edəcək. Bu barədə Samara təmsilçisinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, 22 yaşlı hücumçu bir illik müqavilə imzalayıb. Şeydayev yeni komandasında oyunlarda 11 nömrə adı altında çıxış edəcək.

Qeyd edək ki, Ramil “Trabzonspor”la müqaviləsini avqusutun 9-da pozub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR