Gəncədə həyat yoldaşı və qaynatasını qətlə yetirən şəxs tutuldu

Gəncədə həyat yoldaşını və qayınatasını qətlə yetirən şəxs tutulub.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, cinayəti törədən 1990-cı il təvəllüdlü Məsim Məmmədov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsəndə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 28 yaşlı M. Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunu və 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Hadisə zamanı onun qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb.

Qanlı olay şəhərin Bağmanlar küçəsində qeydə alınıb. İlkin məlumata görə, M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR