Türkiyədə zəncirvari qəza: 34 avtomobil toqquşdu - FOTOLAR

Türkiyənin İnegöl bölgəsində 1 tır, 3 avtobus və 30 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.

Məlumata görə, dövlət nömrə nişanı müəyyən edilməyən maşınlardan biri yola tökülən mazutun üzərində sürüşüb və hadisə nəticəsində 34 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə yerinə gələn təcili yardım briqadaları yaralıları xəstəxanaya yerləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR