Polşada ukraynalıları aparan avtobus aşıb: 3 ölü, xeyli sayda yaralı

Polşada ukraynalıları aparan avtobus aşıb: 3 ölü, xeyli sayda yaralı
12:47 18 Avqust 2018
40 Dünya
Ölkə mətbuatı
A- A+

Polşada ukraynalıları aparan avtobus qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ekskursiya avtobusu ölkənin Karpataltı vilayətində yamaca aşıb. Nəticədə 3 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Ukrayna qeydiyyatında olan avtobus Lvovdan turistləri Slovakiya sərhədinə aparırmış. Nəqliyyat vasitəsində uşaqlar da olub.

Yaralılardan 9-nun vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/677582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR