“Qarabağ”ın rəqibi “eşşək arıları” oldu - ''Şerif'' haqda nə bilirik?

Ötən il klubumuz Moldova təmsilçisi “Şerif”i mübarizədən kənarlaşdırmışdı, bəs bu il?

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandıran təmsilçimiz “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “eşşək arıları” kimi tanınan “Şerif” (Moldova) olacaq. Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Valyur” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.

“Şerif”in Ağdam klubu ilə ilk görüşü avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Şerif” köhnə tanışdı

Qeyd edək ki, komandalarötən il ÇL üçüncü təsnifatmərhələsində rəqib olublar.Yada salaq ki, “Qarabağ” Gürcüstanın “Samtredia” klubuna iki oyununun nəticəsinə görə 6:0 qalib gələrək inamla Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazandı və rəqibi “Şerif” oldu. Bakıda keçirilən ilk görüşdə “Qarabağ”ın bütün cəhdlərinə baxmayaraq, oyun qolsuz bərabərliklə yekunlaşdı. Tiraspolda keçirilən təkrar görüşdə “Qarabağ”ın sabiq üzvüDino Ndlovun və Miçelin qollarına rəqib cəmi bir topla cavab verə bildi. Beləliklə, iki oyunun nəticəsinə görə “Şerif” ÇL mübarizəsini dayandırmalı oldu.

Klubuntarixi

“Şerif” klubu Moldovanın tanınmamış Dnestryanı bölgəsinin klubudur. Cəmi 21 illik tarixi olan klub 1997-ci ildə yaradılıb. Dnestryanı “müstəqil dövlət” kimi tanınmadığı üçün paytaxt Tiraspol klubu Moldova bayrağı altında çıxış edir. Yarandığı ildə klubu keçmiş SSRİ-də tanınmış futbol mütəxəssisi, 2015-ci ildə Ukraynada vəfat edən Əhməd Ələsgərov çalışdırıb ki, bu uğurda azərbaycanlı çalışdırıcının rolu danılmazdır.

21 illik tarixinə baxmayaraq, klubu Rumıniya, Ukrayna, Serbiya, BelarusXorvatiyadan olan əcnəbi məşqçilər çalışdırıb. Maraqlıdır ki, məşqçilərin bu cür rəngarəngliyi klubun heyətinə də ciddi təsir edib. Ukraynalılar gəlib beloruslar gedib, xorvat futbolçuları serblər əvəz edib, braziliyalılar, rumıniyalılar və daha kimlər... Klub 8 komandanın mübarizə apardığı yuxarı divizionda 15 dəfə Moldovaçempionluğu bayram edib. 9 dəfə ölkə kubokuna sahib olub.

2013-2015-ci illərdə isə klubun məşqçilər korpusuna rəhbərlik yerli mütəxəssislərə həvalə olunub. 2016-cı ilin payızından isə klubu italiyalı mütəxəssis, hazırda “Neftçi”nin çalışdırıcısı olan Roberto Bordin çalışdırıb.

Klubun hazırkı baş məşqçisi 1979-cu il doğumlu Qoran Sabliçdir. Xorvatiyalı Sabliç “Hayduk” və Dinamo(Kiyev) kimi klublarda oynayıb, milli komandanın heyətində də 4 il çıxış edib. Bundan əvvəl bir neçə klubda da məşqçi vəzifəsindəgörəv alıb. “Şerif”dən əvvəl Bosniya və Hersoqovinanın“Şiroki-Brieq” klubunu çalışdırıb. 2018-ci ilin iyunundan isə “Şerif”in baş məşqçisidir. Bodinanın aprel ayında istefasından sonra kluba rəhbərlikmüvəqqəti olaraq Viktor Mixaylova həvalə olundu. Amma bu ilin iyununda klub rəhbərliyi xorvat məşqçi ilə anlaşdı. Maraqlıdır ki, onunla hansı müddətə müqavilə imzaladığı bilinmir. Məşqçilər heyətinə həmçinin Mirko Xrqoviç və Boris Peyrek daxildir.

Güclü legionerləri var

Klubun heyətində çox güclü həm yerli, həm də əcnəbi futbolçular var. Klubun əsas qapıçısı xorvat Zvonimir Mikuliçdir. Müdafiədə Viktor Olivyera uğurlu oynayır. Yarımmüdafiə xəttində braziliyalı var: Jo Santoş. Hücumda da “Şerif” əcnəbilərə üstünlük verib. Hücumda Jerson Leal Rodriqes təhlükəli ola bilər. Daha bir diqqətəlayiq hücumçu isə Belçikalı legioner Zidi Badibanqadır. Qeyd edək ki, o vaxt “Qarabağ”ın qapısından yeganə topu da məhz Zidi Badibanqa vurmuşdu. Valyur" klubu ilə səfər oyununda da klubun yeganə qolunun müəllifi yenə Zidi Badibanqa olub.

Klubun sloqanı isə “UBI CONCORDIA IBI VICTORIA”dır. (Tərcüməsi “Harada razılaşma var, orada qələbə var”). Klub ev oyunlarını 13 min azarkeş tutumlu müasir stadionda keçirir.

Qızğın müzakirələr: kim qalib gələcək?

Klubun rəsmi saytının məlumatına görə, artıq “Şerif”-"Qarabağ" oyununun biletlərisatışa çıxarılıb. Moldova saytlarında “Qarabağ”la bağlı müzakirələr də başlayıb. Azarkeşlər ötənilki heyətin ciddi dəyişiklik edilməsindən məmnun görünür, hətta Emeqarın qırmızı kart aldığı üçün meydana çıxmayacağına sevinirlər də. Əlbəttə, “Qarabağ”ın “Şerif”dən daha yaxşı klub olduğu, oyunçuların fərdi ustalığının Moldova klubundan üstün olduğu barədə rəylər var. Zəif İslandiya klubunu zorla keçdikləri üçün kluba iradlar da kifayət qədərdir. “Havayı xəyallar qurmayaq, "Qarabağ" bizim “dişimizə” görə deyil" kimi rəylərə də rast gəlinir. Əksəriyyət isə azarkeşləri “Qarabağ”la ilk oyuna dəvət edir və ciddi dəstəyin “Şerif”ə uğur gətirəcəyinə inanır.

Biz isə bu oyun ərəfəsi yenidən maraqlı məlumatları oxucularla bölüşəcəyik. İnanırıq ki, “Qarabağ” “Şerif”i mübarizədən kənarlaşdıraraq Avroliqada yoluna davam edəcək.

72 komanda...

Sonda bir daha qeyd edək ki, pley-offa vəsiqə üçün 72 komanda yarışacaq.

ÇL mübarizəni dayandırmış klubların rəqibləri bu komandalardır:

“Olimpiya” (Sloveniya) - “Spartak” (Trnava, Slovakiya)

APOEL (Kipr) - “Astana” (Qazaxıstan)

“Rusenborq” (Norveç) - “Şkendiya” (Albaniya)

“Düdelanj” (Lüksemburq) - ÇFR (Kluj, Rumıniya)

“Suduva” (Litva) - “Seltik” (Şotlandiya)

“Şerif” (Moldova) - “Qarabağ” (Azərbaycan)

Malmö” (İsveç) - “Mityullann” (Danimarka)

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Lüdoqorets” (Bolqarıstan)

Liqa yolu

“Siqma” (Çexiya) - “Sevilya” (İspaniya)

“Sarpsborq” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail)

“Gent” (Belçika) - “Bordo” (Fransa)

Partizan” (Serbiya) - “Beşiktaş” (Türkiyə)

“Rapid” (Vyana, Avstriya) - “Styaua” (Rumıniya)

“Apollon” (Kipr) - “Bazel” (İsveçrə)

“Reyncers” (Danimarka) - “Ufa” (Rusiya)

“Atalanta” (İtaliya) - “Kopenhagen” (Danimarka)

“Zenit” (Rusiya) - “Mölde” (Norveç)

“Trençin” (Slovakiya) - AEK (Larnaka, Kipr)

“Genk” (Belçika) - “Bröndbü” (Danimarka)

Olimpiakos” (Yunanıstan) - “Börnli” (İngiltərə)

“Zarya” (Ukrayna) - “Leyptsiq” (Almaniya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR