Sahildə görünən nəhəng qəribə canlı hər kəsi qorxutdu/ VİDEO

Rusiyada sahildə görülən, nə olduğu bəlli olmayan, kürklü, qalın bir qabığa sahib olan nəhəng dəniz canlısı yerli xalqı qorxudub.

Metbut.az “Haberler.com”a istinadən xəbər verir ki, Kamçatka yarımadasının Pasifik tərəfində Bering dənizi sahilində kəşf edilən qəribə dəniz canlısı qəribə görüntüsü ilə insanların marağına səbəb olub. Sosial şəbəkə istifadəçisi tərəfindən görüntüləri paylaşılan nəhəng canlı sosial şəbəkədə maraqla qarşılanıb.

Canlının növünün nə olduğu haqqında açıqlama etməyən rus elm adamları canlının qaldırıcı kran köməyi olmadan laboratoriyaya daşına bilməyəcəyini bildiriblər. Yerli xalq isə elm adamlarının onları canlı barədə məlumatlandırmalarını tələb ediblər.

https://metbuat.az/news/1009919/tutuqusu-ve-itin-v...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR