“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə sərf olunacaq...” - Elza Seyidcahan - FOTOLAR

Əməkdar artist Elza Seyidcahanın üstündə fotosu olan çantaları gələn ay satışa çıxarılacaq.

Metbuat.az xəbər verir ki, bu haqda moderator.az-a danışan E.Seyidcahan bildirib ki, çantalardan əldə olunan qazanc xeyriyyə məqsədi ilə kimsəsizlərə bağışlanacaq:

“Şəklimi gənc bir rəssam seçərək çantanın üzərinə həkk edib. Çantanın biri hal-hazırda məndədir. Çanta az sayda olacaq və sosial şəbəkə vasitəsi ilə sifariş edən insanlarımıza çatdırılacaq. Əldə olunan qazancı isə xeyriyyə məqsədi ilə sərf edəcəklər. Qazanc məsələsinə qarışmıram, hər şeyi özləri edirlər. Sadəcə olaraq çantanın üzərində fotomun olması üçün məndən icazə alınıb və mən də buna çox sevindim. Bəzən elə olur ki, mahnılarım kimlərsə tərəfindən icazəm olmadan oxunur, sosial şəbəkədə məndən xəbərsiz adımdan şeir yazırlar.Bu gün çanta, sabah fincan və s. üzərində fotolarım olacaq.Çanta xarici ölkədə yaşayan vətəndaşlarımızda da olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR