Mərhum azərbaycanlı aktyorun qızı: "Atam öləndən sonra əmilərim..." - FOTO

Mərhum azərbaycanlı aktyorun qızı: "Atam öləndən sonra əmilərim..." - FOTO
21:52 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Mərhum aktyor Səməndər Rzayevin qızı Rübabə Səməndər atasından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “Düzünü desək” verilişinin qonağı olan R.Səməndər atası dünyasını dəyişdikdən sonra qohumlarının onlardan üz döndərdiyini deyib:

“Ailədə iki övladıq: mən və qardaşım. Qardaşım da aktyordur. Atam sevilən bir aktyor, səmimi insan idi. Məclis adamıydı. Xoşlayırdı ki, evimizə qonaq gəlsin, biz qonaq gedək. Evdə bir gün tək oturanda darıxırdı. 1986-cı ilin martında dünyasını dəyişdi, mənim 11, qardaşımın 10 yaşı var idi.Onda bu ağrı-acını başa düşmürdük. Onun sağlığında bizim evdə həmişə adam olurdu. Onun gedişi ilə evimiz də boşaldı, üçümüz qaldıq: anam, qardaşım və mən. Bu yoxluq ən çox da qardaşıma təsir elədi, onun bütün taleyi pis tərəfə dəyişdi. Anamın atası bizə yardım əlini uzatdı. Amma atamın qohumları, doğma əmilərim, hansı ki, evimizdən heç vaxt çıxmırdılar, bizə gəlməz oldular, bizi atdılar. Atam yaşca kiçik olsa da, onlara çox kömək etmişdi. Zəng vururdum ki, əmi, gəl, nə olar, darıxırıq. Cavabları bu olurdu: “Yox, mən sizin evə gələ bilmirəm. Səməndər yoxdur deyə pis oluram”. Bu əslində bəhanə idi. Atamın cəmi 1 nəvəsi var. Adı Muraddır. Babasına oxşayır”.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/318711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR