Dünya diplomatiyasına ağır itki üz verdi - Kofi Annan vəfat edib

BMT-nin keçmiş katibi Kofi Annan 80 yaşında vəfat edib.

Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, keçmiş baş katib həkimlərin səylərinə baxmayaraq, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Qanada dünyaya gələn Kofi Annan 1997-2006-cı illər arasında BMT-nin baş katibi vəzifəsini icra edib.

Daha sonra isə o, qurumun Suriya üzrə xüsusi səfiri təyin olunub. O Suriya münaqişəsi başlayan ərəfədə gərginliyin aradan qaldırılması üçün xeyli səy göstərib. Kofi Annan Suriyaya hərbi müdaxilənin əleyhinə olub. O müdaxilənin vəziyyəti daha da gərginləşdirəcəyini israrla bəyan edib.

2001-ci ildə humanitar xidmətlərinə görə Nobel sülh mükafatına layiq görülən Annan müxtəlif dövrlərdə Dünya Səhiyyə Təşkilatıdakı fəaliyyəti ilə də diqqət çəkib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR