Qazaxıstandan Xəzərin dibinin bölünməsi ilə bağlı açıqlama

Qazaxıstan AzərbaycanTürkmənistanla üçtərəfli formatda dənizin dibinin həmhüdud sahələrinin bölünməsindən sonra Xəzərdə yeraltı sərvətlərdən istifadə üzrə suveren hüquqlarının rəsmiləşdirilməsini başa çatdıra bilər.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova Qazaxıstan Baş nazirinin rəsmi saytına deyib.

Z.Amanjolova bildirib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya Xəzərin suyu, dibi, yeraltı sərvətləri və hava məkanı daxil olmaqla, sahilyanı dövlətlərin dənizdən istifadə üzrə hüquq və öhdəlikləri ilə bağlı bütün məsələləri tənzimləyir:

"Hövzənin bölünməsi məsələsinə aydınlıq gətirildi. 15 dəniz mili enində ərazi sularının sərhədləri müəyyən edildi. Onların xarici sərhədləri dövlət statusu alır. Ərazi sularına hər bir dövlətin müstəsna hüquqa malik olduğu 10 mil balıqçılıq zonası da daxildir. Balıq ovu razılaşdırılmış milli kvota əsasında həyata keçiriləcək. Balıqçılıq zonalarından kənarda ümumi su məkanı saxlanılır. Dövlət dəniz sərhədlərindən kənarda isə sahilyanı ölkələrin bayraqları altında üzən gəmilər sərbəst dənizçilik fəaliyyəti göstərə biləcəklər".

Səfir həmçinin vurğulayıb ki, Qazaxıstan ərazinin bütün parametrləri üzrə dövlət sərhədini müəyyən edib: “Əgər Konvensiyanın imzalanmasına qədər ölkə quru sərhədlərinin hüquqi rəsmiləşdirilməsinə malik idisə, artıq Konvensiya Qazaxıstana dənizdə də sərhədlərini müəyyən etməyə imkan verir".

Xəzərin dibinin yeraltı sərvətlərin istifadəsi qismində bölünməsi məsələsinə gəlincə, sənədə əsasən, hər bir dövlət öz sektorunda yeraltı sərvətlərdən istifadə üzrə suveren hüquqa sahibdir.

Hazırda Xəzərin şimal və mərkəzi hissələrində dəniz dibi və yeraltı sərvətləri bölüşdürülüb. Belə ki, Qazaxıstan Rusiya ilə 1998-ci ildə müvafiq saziş, 2002-ci ildə isə bu sənədə protokolu imzalayıb.

Qazaxıstanla Azərbaycan arasında dəniz dibinin bölüşdürülməsinin qeydə alındığı saziş 2011-ci ildə, bu sənədə protokol isə 2003-cü ildə imzalanıb. Həmçinin 2003-cü ildə Azərbaycan və Rusiya arasında Xəzərin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında saziş imzalanıb.

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR