Rusiyada ev dustağı olan şəxslər elektron bilərzik vasitəsilə izlənəcək

Rusiyada Qlonass sistemi və elektron bilərziklər ev dustaqlığında olan şəxslərə nəzarəti təmin edəcək. Müvafiq texniki nəzarət vasitələri və onlardan istifadə qaydaları Rusiya hökuməti tərəfindən təsdiqlənib.

Metbuat.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir Dmitri Medvedev “Şübhəli və ittiham olunan şəxslərin ev dustağı şəklində profilaktik tədbirlərin icra yerində onun məhkəmə tərəfindən müəyyən olunmuş qadağaya və ya məhdudiyyətlərə əməl etməsinə nəzarət məqsədilə audiovizual, elektron və digər texniki nəzarət vasitələrindən istifadə qaydaları haqqında” qərar imzalayıb.

Əsasən bu məqsədlə elektron bilərzikdən – “şübhəli və ya ittiham olunan şəxsə məsafədən yerini müəyyən etmək və izləmək məqsədi ilə taxılan, bədəndə uzun müddət gəzdirmək üçün nəzərdə tutulan (3 aydan çox) və korpusunun icazəsiz çıxarılmasına və sökülməsinə nəzarət sistemi quraşdırılan elektron qurğu”dan istifadə olunacaq.

Qeyd edək ki, “elektron qandallar” Rusiyada 2009-cu ildən tətbiq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR