“Ermənistanın baş naziri Nikol Paşiyan avqustun 17-də
İrəvanda mitinq keçirdi. Mitinq Paşinyanın hakimiyyətdə olduğu 100
günə həsr olunmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyan 17
avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan
Moskvaya gücünü göstərdi. Mitinqə on minlərlə insan qatılmışdı.
Ancaq mitinq rerursu Paşinyanın gücünu heç də artırmır”.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan
Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane
olur: “Birinci amil onun parlamentdəki mövqeyinin zəifliyidir. O
güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə
prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş
nazir kreslosunu itirsin. Məsələn Respublika Partiyası və
Daşnaksütyun Partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu
iki partiya qeyri-rəsmi eks-prezident Robert Koçaryan dəstəkləyir.
İkinci amil Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə
və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə
olmasına baxmayaraq administrativ resurs hələ onun xeyrinə deyil.
Məsələn Robert Koçaryan həbsdən azad olunan kimi onun Daşnaksütyun
Partiyasının televiziyasında müsahibəsinə şərait yaradıldı. Və ya
məlum oldu ki, Koçaryan həbsdən azad edən hakim vaxtilə Prezident
Administrasiyasında onun işçisi olub. Üçüncü amil Rusiyadır.
Koçaryan Paşinyanı zəif yerindən vurur. Koçaryan Paşinyanın “Rusiya
Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini
kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə bilə bir ifadə
işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi
ilə nəyəsə adaptasiya olunmalıdır”. Koçaryanın Moskvaya daha çox
yaxınlığı Paşinyanın problemlərini artıracaq”.
E. Şahinoğlu deyib ki, Paşinyanın hazırki reytinqi hələ ki
yüksəkdir.
“Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün
resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar
parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə
qədər Paşinyana olan dəstək azala da bilər”, - deyə o bildirib.
Publika.az