"Qarabağ" 22 futbolçu sifariş etdi - Siyahı

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Moldova təmsilçisi “Şerif”lə oyunlar üçün 22 futbolçu sifariş edib.

Metbuat.az-ın Reporta istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov siyahıya 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu daxil edib.

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 91. Coşqun Diniyev, 77. Donald Gerye

Hücumçular: 11. Mahir Mədətov, 7. İnnosent Emeqara, 28. Con Delarj

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş avqustun 23-də Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda olacaq. Cavab qarşılaşması isə ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hər iki oyun saat 21:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR