Lukaşenko baş naziri istefaya göndərdi

Lukaşenko baş naziri istefaya göndərdi
19:13 18 Avqust 2018
41 Digər
Ölkə mətbuatı
A- A+

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətdə kadr dəyişikliyi edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, o, ölkənin baş naziri Andrey Kobyakovu istefaya göndərib, bu posta Sergey Ruması təyin edib.

Hökumətin üzvləri ilə görüşdə Lukaşenko məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşdığını deyib. Dövlət başçısı sənaye naziri Vitali Vovkanı və memarlıq və tikinti naziri Anatoli Çernini də vəzifələrindən azad edib. Dövlət başçısı qeyd edib ki, yeni baş nazir Sergey Rumasın respublikanın əsas iqtisadi və siyasi partnyoru olan Rusiyanı yaxşı tanıması əhəmiyyətli məqamdır.

Lukaşenko müşavirəsində bildirib ki, hökumətin tərkibinin dəyişdirilməsi 2020-ci ildə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı deyil.

Müxalifət isə Lukaşenkonun növbədənkənar seçkiləri təyin edə biləcəyini istisna etmir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/250905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR