ABŞ hökumətinin nümayəndələri investisiyaların təşviqi məqsədilə Azərbaycan rəsmiləri ilə görüşlər keçirib

Birləşmiş Ştatlar hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti Deyvid Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəsmilərilə ilə görüşüblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, səfərin məqsədi Birləşmiş Ştatların regiona investisiyalarını təşviq etmək, tərəfdaşlıqları gücləndirmək və iqtisadi artım və sabitliyə aparan işgüzar əlaqələri dərinləşdirmək üçün imkanlar tapmaqdır.

D.Bohigian bildirib ki, OPIC təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır: "Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur, bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir. Şəffaflıq, davamlılıq, keyfiyyət və yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir. Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək".

ABŞ nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun direktoru Fuad Cəfərov və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Administrasiyasının rəhbəri Şamil Suleymanlı ilə görüşlər keçirib. Heyət ayrıca Amerika biznes liderləri ilə də görüşüb.

OPIC hazırda Azərbaycana 11 milyon dollar sərmayə qoyub. 2013-cü ildə OPIC kənd və şəhər ərazilərində kreditlər verməsi üçün TuranBank-ın kiçik və orta sahibkarlıq portfelinin genişləndirilməsinə 7,5 milyon dollar həcmində kredit verib. Həmin kreditlərin çoxu fermerlərə və kənd təsərrüfatına fayda verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR