Qəzzada İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib

Qəzza bölgəsində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, qarşıdurma zamanı 2 fələstinli həlak olub. 40-dan çox aksiya iştirakçısı yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Bildirilir ki, hərbçilər nümayişçiləri dağıtmaq üçün göz yaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib.

Qeyd edək ki, fələstinlilər onlara məxsus torpaqların İsrail tərəfindən qanunsuz zəbt edilməsinə etiraz olaraq, mart ayından bəri “böyük qayıdış” adı altında yürüşlər təşkil edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR