Türkiyə ordusu İraqı bombaladı

Türkiyə ordusu PKK terror qruplaşmasının İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Zap və Hakurk bölgələrinn bombalanması nəticəsində 7 terrorçu məhv edilib. Onlar Türkiyə ordusunun mövqelərinə hücum planlaşdırırmış. Qruplaşmaya məxsus döyüş məntəqələri sıradan çıxarılıb.

Bildirilir ki, son bir həftə ərzində bölgədə həyata keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 50-dən çox qruplaşma üzvü zərərsizləşdirilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR