Merkeldən Putinlə görüşdə Ukrayna ŞƏRTİ

Merkeldən Putinlə görüşdə Ukrayna ŞƏRTİ
21:58 18 Avqust 2018
64 Digər
Ölkə mətbuatı
A- A+

“Şimal axını-2” layihəsinin reallaşdırılmasına baxmayaraq, Rusiya qazının Avropaya tranzitini həyata keçirən Ukrayna öz rolunu saxlamalıdır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Berlin yaxınlığında Mezeberq qalasında Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl Almaniyanın baş kansleri Angela Merkel bildirib.

Merkel bildirib ki, Putinlə görüşdə Dondasa beynəlxalq sülhməramlıların göndərilməsi məsələsini müzakirə edəcək. Baş kansler əlavə edib ki, Almaniya və Rusiya Ukraynada münaqişənin həlli yollarının axtarışına davam etməlidir. O, Minsk razılaşmalarının Donbas münaqişəsinin nizama salınması üçün əsas sənəd olaraq qaldığını bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/250917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR