Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub

Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub
22:27 18 Avqust 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Çavuşoğlu Ankarada keçirilən hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edən Rusiya nümayəndə heyətinə yaxınlaşıb. Nazirlə Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında qısa söhbət olub.

Rəsmilər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib və qurultayın yekunu üzrə görüş keçirmək qərarına gəliblər.

Rusiyalı spiker türkiyəli naziri Moskvaya növbəti səfəri zamanı Dövlət Dumasına dəvət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/677725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR