Kremldən Merkel-Putin görüşü barədə İLK ŞƏRH

Kremldən Merkel-Putin görüşü barədə İLK ŞƏRH
03:58 19 Avqust 2018
26 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və Almaniyanın baş kansleri Angela Merkel arasında Berlində keçirilən görüş başa çatıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, görüş təxminən üç saat davam edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında liderlər arasındakı danışıqları qısa şərh edib.

“Danışıqlar uzunmüddətli oldu. Bu, çox ətraflı və faydalı danışıqlar idi”, - Kremlin sözçüsü bildirib.

Peskov əlavə edib ki, Vladimir Putin və Angela Merkel “Şimal axını-2” qaz kəməri layihəsini siyasiləşdirmək cəhdlərini yanlış hesab ediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/250930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR