İŞİD Vatikanda terror aktı planlaşdırır

İŞİD Vatikanda terror aktı planlaşdırır
22:04 12 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ və İsrail kəşfiyyatı “İslam dövləti” qruplaşmasının dörd döyüşçüsünün turist adı altında Avropaya getməsi barədə məlumatlara malikdir”.

 APA-nın “Novoye Vremya”ya istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın “İl Gorniale” qəzeti yazıb.

 

Qəzetin yazdığına görə, döyüşçülərin planı Vatikana zərbə vurmaqdır və bu barədə Roma Papasına da xəbərdarlıq olunub.

 

İtaliya kəşfiyyatı MOSSAD və MKİ-dən ehtimal olunan ssenarilər barədə məlumatlar alıb, lakin bununla belə, konkret təhdidlərin nədən ibarət olduğu bildirilmir.

 

İtaliyanın daxili işlər naziri Ajelino Alfano bəyan edib ki, İtaliyada terror aktlarının törədilməsi üçün praktik əlamətlər yoxdur, lakin ölkə risk zonasındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR