ABŞ-ın növbəti hədəfi Avropa ölkəsi oldu: "Bizi arxadan bıçaqladılar"

ABŞ-ın növbəti hədəfi Avropa ölkəsi oldu: "Bizi arxadan bıçaqladılar"
11:43 19 Avqust 2018
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da yayımlanan “Vaşinqton Post” qəzeti ukraynalı motor şirkəti “Motor Sic”in Çinə 12 ədəd JL-10 tipli qırıcı üçün 20 motor satdığını gündəminə daşıyıb.

Publika.az xəbər verir ki, iki ölkə arasındakı 380 milyon dollar dəyərindəki razılaşma çərçivəsində toplamda 250 motorun satışı nəzərdə tutulub.

Bu xəbəri şərh edən ABŞ Senatı Xarici Münasibətlər Komitəsinin sabiq məsləhətçisi və Çin üzrə mütəxəssis Vilyam Triplet Kiyevin bu şəkildə Pekinə qırıcı motorlarının istehsalında yardım etdiyini bildirib. O, əslində, ukraynalıların bir tərəfdən amerikalıların vergi mükəlləfiyyətlərini yığdığını, digər tərəfdən ABŞ-ın dəziz donanmasını arxadan bıçaqladığını deyib.

Beynəlxalq Strategiya və Qiymətləndirmə Mərkəzinin mütəxəssislərindən Rik Fişer isə Vaşinqtonun motor təadürkü ilə bağlı razılaşmanı ləğv etməsi üçün Kiyevə təzyiq göstərməsi lazım olduğuna diqqət çəkib.

Qeyd edək ki, ötən il Ukraynanın “Yujmaş” raket şirkəti Şimali Koreyaya raket texnologiyaları verməsi iddiaları ilə bir qalmaqalın ortasında qalmışdı. “Nyu York Tayms”ın ABŞ kəşfiyyatına və Beynəlxalq Strateji Araşdırmalar Qurumu mütəxəssisi Maykl Ellmanın araşdırmasına istinadla verdiyi xəbərdə Şimali Koreya lideri Kim Çen Inın yeni raket motorlarını incələyərkən çəkildiyi fotolarını nəzərdən keçirən mütəxəssislər fotolardakı raket motorlarının SSRİ-dəkilərə olduqca bənzədiyini bildirmişdi. Bunların bu gün sadəcə keçmiş Sovet ittifaqı ölkələrində ola biləcəyi nəticəsi əldə edilmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR