Türkiyəyə dollar yağır – Trampın baş tutmayan planı

Türkiyəyə dollar yağır – Trampın baş tutmayan planı
12:48 19 Avqust 2018
141 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Türkiyəyə açdığı iqtisadi savaş baş tutmadı. Prezident Donald Trampın çağırışlarına baxmayaraq, Türkiyə iqtisadiyyatına investisiya qoyan dövlətlər və şirkətlərin sayı artır.

Teleqraf.com xəbər verir ki, Türkiyədən ABŞ-a icrac edilən aluminum və polad məhsullarına qoyulan rüsumu iki dəfə artırmasından sonra bir çox şirkət Türkiyəyə yatırdıqları investisyanın həcmini artırmaq barədə qərar qəbul edib.

Qətər, Çin, Almaniya və ABŞ başda olmaqla bir çox ölkələrdən son 1 ayda Türkiyəyə ayrılacağı elan edilən sərmayənin həcmi 21 milyard dolları keçib.

İlk yatırım qərarə isə Trampın öz “qalasından” – ABŞ-dan gəlib. Nəqliyyat sahəsində fəaliyyət göstərən Amerikanın “Enterprise” Türkiyəyə 1 milyard dollar investisiya yatıracağını açıqlayıb.

İkinci yatırım qərarını isə Çin nəhəngi “Alibaba”dan gəlib. Trampın qərarından sonra “Alibaba” Türkiyənin “Trendyol” şirkətini satın alıb. Şirkətin başçısı Maykl Evans Türkiyəyə 1 milyard dollarlıq investisiya yatıracaqlarını da açıqlayıb.

ABŞ, Kanda və Meksika kimi ölkələrdə mədən sahəsində fəaliyyət göstərən “Alamos Gold” da investorlar arasındadır. Kanadalı şirkət də Türkiyədəki işləri üçün 1 milyard dollar ayırmağı planlaşdırır.

Avqust ayının ilk yarısı üçün Türkiyəyə ən böyük investisiyanı Almaniya nəhəngi “Bosch” ayırıb. Şirkətin Bursadakı planları üçün ayırdığı investisiyanın həcmi 1.2 milyard dollardır.

ABŞ-ın Türkiyədə iqtisadi çevriliş etmək cəhdlərinə qarşı ən böyük cavab isə Qətərdən gəlib. Avqustun 15-də Ankaraya gələn Qətər əmiri Şeyx Təmim bin Həmid əl-Sani Türkiyəyə 15 milyard dollarlıq yatırım edəcəklərini açıqladı.

Şeyxnin 15 milyard dolları ilə rahat nəfəs almağa başlayan Türkiyə iqtisadiyyatı üçün açılmış nəfəsliyi genişləndirən digər şirkət 20 ölkədə enerji sektoru üzrə fəaliyyət göstərən “Yükselir Grup” oldu. Şirkətlər qrupu Türkiyəyə 2 milyard dollar sərmayə yatıracaqlarını bildirib.

Həmin gün Çinin 59 iş adamı Ankara ilə əlaqə saxlayaraq, yatırım üçün yaxın günlərdə Türkiyəyə gəcəklərini dedilər.

Beynəlxalq Maliyyə İnstitutundan (IIF) da Türkiyə üçün xoş xəbər var. IIF ilin sonunadək Türkiyəyə 51 milyard dollar investisiyanın yatırılacağını proqnozlaşdırıb. Türkiyə bu siyahıda Cənubi Koreyadan (77 milyard) sonra ikincidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/250951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR