Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, 1989 -cu il təvəllüdlü Hüseynova Könül Pünhan qızı yolda avtobusdan düşərək mağazaya getdiyini deyib, lakin geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, qadının itkin düşməsi barədə xəbəri oxuyan şəxs onun Bərdə rayonunda olduğu barədə polisə məlumat verib. Rayon Polis şöbəsinin əməkdaşları qadını taparaq ailəsinə təhvil veriblər.

Qadının ruhi xəstə olduğu bildirilir.

Dünya 20 yaşlı bu gəncdən danışır - Əlləri olmamasına baxmayaraq....- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR