Messidən tarixi qol: 9 ildən sonra… - VİDEO

Messidən tarixi qol: 9 ildən sonra… - VİDEO
14:48 19 Avqust 2018
84 İdman
Ölkə mətbuatı
A- A+

Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub.

Trend-in məlumatına görə, bu tarixi hadisə ilk turda "Alaves"lə ev oyununa təsadüf edib.

Messi 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filippe Koutinyo vurub. Beləliklə, "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Lionel Messi “Barselona”nın La Liqada vurduğu 5000-ci qolun da müəllifi olub. Bu, 1 fevral 2009-cu ildə "Rasinq"lə XXI tur görüşünə təsadüf edib. "Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi oyunda da Messi iki qol vurub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/250955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR