Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapıldı

Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapıldı
16:23 19 Avqust 2018
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.

Publika.az Report-a istinadən bildirir ki, 1989 -cu il təvəllüdlü Hüseynova Könül Pünhan qızı yolda avtobusdan düşərək mağazaya getdiyini deyib, lakin geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, qadının itkin düşməsi barədə xəbəri "Report" İA-dan oxuyan şəxs onun Bərdə rayonunda olduğunu polisə məlumat verib. Rayon Polis şöbəsinin əməkdaşları qadını taparaq ailəsinə təhvil veriblər.

Qadının ruhi xəstə olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/250960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR