Ukraynada azərbaycanlı "qanuni oğru" saxlanıldı - FOTO/VİDEO

Ukraynada azərbaycanlı "qanuni oğru" saxlanıldı - FOTO/VİDEO
19:33 19 Avqust 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Kiyev vilayətində Dato Ağcabədinski ləqəbli "qanuni oğru" saxlanılıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yazıb.

"Ötən gün axşam Kiyev vilayətinin polis əməkdaşları 1985-ci il təvəllüdlü "qanuni oğru" saxlayıblar. Cinayət aləmində Dato Ağcabədinski ləqəbi ilə tanınır. Bu "turist" cari ilin may ayında da Kiyev və Lvov polisləri tərəfindən saxlanılıb. Onun barəsində ölkəyə girişinə 3 il qadağa qoyulmaqla Ukrayna ərazisindən çıxarılma qərarı verilib", — deyə Abroskin bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/cinayetdunyasi/250976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR