Bu 4 ölkə noyabrda... - Trampın məsləhətçisindən SOS

Bu 4 ölkə noyabrda... - Trampın məsləhətçisindən SOS
20:23 19 Avqust 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə müdaxiləyə cəhd edə biləcək dörd ölkədən yalnız biridir.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton ABC News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, seçkilərə həmçinin Çin, İran və Koreya Xalq Demokratik Respublikası qarışa bilər.

“Mən qəti deyə bilərəm ki, Çin, İran və Şimali Koreyanın aralıq seçkilərə müdaxiləsi barədə kifayət qədər narahatlıq var. Hazırda Birləşmiş Ştatlar hakimiyyəti bunun qarşısını almaq üçün tədbirlər görür”, - Bolton vurğulayıb.

​Qeyd edək ki, aralıq seçkilərdə Konqresin aşağı palatası – Nümayəndələr Palatası tamamilə, Senatın isə üçdə biri yenilənəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR