Prezident 3 aylıq atəşkəs elan etdi

Prezident 3 aylıq atəşkəs elan etdi
21:53 19 Avqust 2018
61 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar Taliban hərəkatı ilə qarşıdurmada 3 ay müddətinə atəşkəs elan edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli 1TV telekanalı bildirib.

“Biz Qurban bayramının yaxınlaşması ilə əlaqədar atəşin sabahdan dayandırıldığını elan edirik. Talibanın da qarşılıq verəcəyi halda atəşkəs Məhəmməd peyğəmbərin ad gününə (noyabrın 20-si –red.) qədər davam edəcək”, - prezident tvitterdə yazıb.

Taliban rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən dövlət başçısı atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.

Xatırladaq ki, bir neçə gün öncə Talibanın nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/250981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR