“Müzakirələr davam edir” - Moskvadan ABŞ-a GÖZDAĞI

“Müzakirələr davam edir” - Moskvadan ABŞ-a GÖZDAĞI
23:08 19 Avqust 2018
110 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Hindistan beşinci nəsil qırıcısının yaradılması ətrafında müzakirələri davam etdirir.

Publika.az xəbər verir ki, bu haqda “Rossiya-1” telekanalının efirində Birləşmiş aviatikinti korporasiyasının başçısı Yuri Slyusar bildirib.

O vurğulayıb ki, layihənin müvəffəqiyyətli reallaşdırılması halında Hindistan yalnız beşinci nəsil qırıcılarını deyil, həm də onların istehsalı üçün lisenziyanı əldə edəcək.

Qeyd edək ki, beşinci nəsilin qırıcının yaradılması üzrə birgə layihə Hindistanın indiki hökuməti tərəfindən həyata keçirilən “Make in India” siyasətinin bir hissəsidir. Layihədə Rusiya tərəfindən “Suxoy” təcrübi konstruktor bürosu, hind tərəfdən isə “Hindustan Aeronautics” şirkəti çıxış edir.

Daha əvvəl KİV Hindistanın layihədən çıxmaq istədiyini yazmışdı. Xəbərlərə görə, qırıcıların bu növünü hazırlanması üçün şəxsi resursların mövcudluğu bu qərarın səbəbidir. Daha bir versiya olaraq isə, Hindistanın son vaxtlar ABŞ-la yaxın münasibətlər qurması göstərilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/250985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR