"Çox yaxşı oyun alındı. Üçüncü qolu da vura bilərdik.
Lakin sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var”.
Bu sözləri “Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer
Liqasının II turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri
oyundan sonra mətbuat konfransında deyib.
- Müdafiə xəttindəki boşluqları necə aradan qaldırmağı
düşünürsünüz?
- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə
oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu, o demək deyil
ki, yeni futbolçu almalıyıq.
- "Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına
bilər. Bu, komandaya necə təsir edə bilər?
- Biz "Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik.
"Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək.
Matç təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.
- "Qarabağ” Avropa Liqasında keçmiş komandanız "Şerif”lə
qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?
- "Qarabağ” və "Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.
- "Qarabağ” – "Şerif” matçında hansı komandanın qalib
gəlməsini istəyərdiniz?
- Hazırda mən "Neftçi”yə azarkeşlik edirəm. Düzdür, "Şerif”də
işləmişəm və uğurlar qazanmışam. Həmişə o komandanın uğur əldə
etməsini istəyəcəyəm.
- Beyninizdəki "Neftçi”ni qura bilmisiniz?
- Bugünkü oyundan razıyam, sona qədər mübarizə apardıq.
Kollektivimizi daha da təkmilləşdirməyə, komandamızın daha çox
hücumlar qurmasına çalışacağıq. Düşündüyüm "Neftçi”ni görməsəm də,
ona doğru irəliləyiş hiss edirik.
- Mirabdulla Abbasova tez-tez etiraz edirdiz. Ümumiyyətlə,
bu futbolçu haqqında fikirləriniz nələrdi?
- Bizdə heç bir futbolçuyla heç bir problem yoxdur, hər şey
qaydasındadır (Qol.az).