“Qərb ən pis formada müstəmləkə siyasəti həyata keçirir” - ŞOK İTTİHAM

“Qərb ən pis formada müstəmləkə siyasəti həyata keçirir” - ŞOK İTTİHAM
03:58 20 Avqust 2018
25 Digər
Ölkə mətbuatı
A- A+

Qərb Ukrayna barəsində ən pis formada müstəmləkə siyasətini həyata keçirir.

Publika.az xəbər verir ki, bu haqda “112” telekanalının efirində Ukrayna iqtisadçısı Vsevolod Stepanyuk bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukrayna ilə bağlı dəyişikliklərdən ən kiçik siyasi itkilərlə çıxmaq istəyir.

“ABŞ-da isə ümumiyyətlə, Ukrayna daxili siyasətin aləti olub. Yəni, Ukraynanı artıq heç kəs maraqlandırmır. Yəni, heç kim maraqlı deyil ki, burada vəziyyət yaxşı olsun. ABŞ-ın, Böyük Britaniyanın və qismən başqa Avropa ölkələrinin siyasəti “parçala və hökmranlıq et!” siyasətidir. Bu siyasət vaxtilə öz koloniyalarında Britaniya tərəfindən qəbul edilmişdi. Faktiki olaraq, Ukrayna haqqında ən pis formada müstəmləkə siyasəti aparılır”, – Vsevolod Stepanyuk əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/250997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR