İlin sonunadək daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək? - EKSPERT

İlin sonunadək daşınmaz əmlak bazarında qiymətlər necə dəyişəcək? - EKSPERT
04:28 20 Avqust 2018
Ölkə mətbuatı
A- A+

"MBA Group” konsaltinq şirkətindən verilən məlumata görə, bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, torpaq bazarındakı qiymət artımı mövsümlə əlaqədardır:

"Son dövrlər daşınmaz əmlak bazarında artım dinamikası müşahidə olunur. Bu, özünü həm topraq sahələrində, həm də digər daşınmaz əmlak subyektlərində göstərir. Müsbət təsir edən səbəblərdən biri makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsidir. Torpaq bazarındakı artımlar daha çox mövsümlə əlaqədar olduğu üçün yəqin ki, bir müddət sonra regionlara doğru istiqamətlənəcək və Bakıda proses stabilləşəcək” (Sputnik).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/250995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR