Gəncədə piyada vurulub - FOTO

Gəncədə piyada vurulub - FOTO
22:12 12 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə piyadavurma hadisəsi baş verib.

Hadisə bu gün saat 21 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 51 yaşlı Gəncə sakini Kəsirə Əsgərova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb və yaralını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə ərazidən keçən digər avtomobilin sürücüsü gətirib. İlkin tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR