Azərbaycanda 20 gündə 11 nəfər suda boğularaq ölüb - FHN

Avqust ayının 20 günündə 11 nəfər suda boğularaq ölüb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, Mingəçevirdə 2, Bakıda 2, Sumqayıtda 1, Lənkəranda 2, Salyanda 1, Daşkəsəndə 2 və Ağdamda 1 nəfər suda boğulub.

Bu müddətdə Dənizkənarı Milli Park, Nardaran, Mərdəkan, Qızılqum, Novxanı, Bilgəh, Buzovna, Türkan, Zuğulba-3, Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 20 nəfər xilas edilib.

Qeyd edək ki, iyul ayında 40 nəfər suda boğularaq ölüb.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR