“Türkiyə 60 ildir NATO-nun qürurlu və əvəzedilməz müttəfiqidir” – Səfir

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç, Fransız yazar Bernard Henri Levinin keçən ötən həftə dərc olunan məqaləsindəki Türkiyə iddialarına cavab verib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfir “Türkiyə güvəniləcək NATO ölkəsidir, həmişə də elə olub” başlıqlı məqaləsində fransız yazar Levinin eyni qəzetdə ötən həftə dərc edilən “NATO Türkiyəni üzvlükdən çıxarmalıdır” başlıqlı yazısına cavab verib.

Səfir Levinin Türkiyənin “güvənilməyəcək müttəfiq” olduğu iddiasına cavabında qeyd edib ki, bu iddia tarixdəki on illikləri heçə sayır: “Türkiyə, İŞİD və digər radikal dini qruplaşmalara qarşı cəbhədə müharibə edən ölkədir. Türkiyə NATO-nun cənub qanadının qoruyucusudur və təşkilat içərisindəki ən böyük ikinci Silahlı Qüvvələrə ev sahibliyi edərək 60 ildən uzun müddətdir qürurlu və əvəzedilməz müttəfiqdir”.

Kılıç Levinin Türkiyəni “İslami ifratçılığı artırmaq” və “Suriyadakı şiddəti artırmaq” iddialarına cavabında deyib: “Həqiqət isə bunun tam əksidir. İndi terrordan uzaq şəkildə yaşayan və hökumətimiz tərəfindən qurulan evlər, məktəblər və səhiyyə mərkəzlərinə çıxışı olan təxminən 4 milyon suriyalı mühacirə güvənilir liman olmuşuq. Levi bəlkə də Cerablusda türk əsgərinin qarşısında İŞİD-in aldığı məğlubiyyəti və Türkiyə Silahlı Qüvvələrinin İŞİD-ə qarşı açdığı və qazandığı digər müharibələri unudub”.

Türkiyədə xəlifəlik olduğuna dair iddialara cavab verən Kılıç qeyd edib ki, digər NATO müttəfiqləri kimi Türkiyədə də hökumət xalq tərəfindən sərbəst formada seçilir, ölkədə demokratiyadır: “Levinin iddia etdiyi kimi xəlifəlik nizamı yoxdur. Türkiyə demokrat ölkədir, seçkilər enerjili və dinamik şəkildə keçirilir. Ədədlər də həqiqəti izah edir. Son zamanlar ən çox beynəlxalq müşahidəçi tərəfindən izlənilən seçkilərdə, seçicilərin 86,2 faizi sandıq başına gedərək səsindən istifadə edib. 50 milyondan çox türk 6 fərqli namizəd üçün sandıq başına gedib”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR