Gəncədə piyada vurulub

Gəncədə piyada vurulub
22:13 12 Yanvar 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Gəncədə piyada vurulub.

Hadisə bu gün saat 21 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, 51 yaşlı Gəncə sakini Kəsirə Əsgərova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Sürücü hadisə yerindən qaçıb və yaralını Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə ərazidən keçən digər avtomobilin sürücüsü gətirib.

İlkin tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağırdı.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR