Goranboyda söyüd ağacını kəsən şəxs 2000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Goranboy rayonunda 2 söyüd ağacını kəsən şəxsi 2000 manat məbləğində cərimələyib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində yaş köküstə 32-34 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Faxralı kənd sakini Sübhan Alıyev tərəfindən kəsildiyi və təbiətə 650 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və ona 2000 manat məbləğində cərimə tətbiq olunub.

ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR