Məkkədə ŞİDDƏTLİ FIRTINA - Kəbənin örtüyü açıldı

Məkkədə yağan şiddətli yağışlar və fırtına zəvvarlara qorxulu anlar yaşadıb.

Metbuat.az "A Haber.com"a istinadla bildirir ki, axşam saatlarında Ərafatda zəvvarlar öncə qum fırtınası ilə üzləşiblər. Daha sonra şiddətli yağış və fırtına başlayıb. Təhlükəsizlik məqsədilə çadırlara verilən elektrik enerjisi kəsilib.

Minada fırtınaya düşən zəvvarlardan bəziləri yaralanıb. Həkimlər yaralılara dərhal müdaxilə edib.

Bundan əlavə, Məkkənin mərkəzində yağan şiddətli yağış nəticəsində ağaclar aşıb. Külək Kəbənin örtüyünü açıb.

Aysel Yaqubqızı / Metbuat.az

SON DƏQİQƏ: ABŞ-ın Türkiyədəki səfirliyinə SİLAHLI HÜCUM - Polis axtarışdadır / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR