Koreya müharibəsinin ayırdığı ailələr görüşə hazırlaşır - FOTOLAR

Şimali və Cənubi Koreyadan olan 172 nəfər 1950-1953 illərdə baş verən və Koreya yarımadasını ayıran Koreya müharibəsindən sonra görmədikləri doğmaları ilə görüşə hazırlaşır.


Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın Kuman dağı ərazisində gözlənilən görüş çərçivəsində bazar etəsi ilə çərşənbə günləri arasında 93 nəfərin, cümə ilə bazar günləri arasında isə 88 nəfərin müharibə nəticəsində sərhədin digər tərəfindən qalan ailələrilə görüşəcək.

92 yaşlı Li Keum-seom müharibədən sonra ilk dəfə oğlunu görəcək. Oğlunun izini 4 yaşında itirdiyini deyən Li deyib ki, bu görüşü əsla xəyal etməmişdi, oğlunun yaşayıb-yaşamadığını belə bilmirdi.


Qeyd edək ki, bu il aprelin 27-də Koreya Respublikasının prezidenti Mun Çje İn ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüş keçirilib. görüş iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki “Sülh” sarayında keçirilib.

Görüşün sonunda verilən birgə açıqlamada qeyd edilib ki, Koreya yarımadasının nüvə silahlarından tamamilə təmizlənilməsi və mövcud atəşkəsin qalıcı sülhə çevrilməsi üçün danışıqlara başlamaq mövzusunda razılaşma əldə olunub.

Şimali Koreyanın lideri Kim Çen In ilə Cənubi Koreyanın prezidenti Mun Çje İn ikinci dəfə mayın 26-da görüşüb. Görüşdə ölkələr arasındakı sülh prosesinin müzakirə edildiyi deyilir. Liderlərin bu ilin sentyabr ayında üçüncü dəfə görüş keçirəcəyi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR