“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Bir neçə gün öncə əməliyyat olunaraq evə buraxılan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Tünzalə bildirib ki, hazırda xəstəxanadadır:

“Bu gün xəstəxanaya yerləşdirilmişəm. Əməliyyatdan sonra yenidən analiz vermişdim. Ayağımda olan limfa vəzilərindən birində bədxassəli şiş aşkarlayıblar. Kimyaterapiya alacam. 25 şüa qəbul etməliyəm, altı dəfə isə kimyaterapiyaya getməliyəm. Əslində, xəstəxanada qalmalıyam, amma uşağımdan ötrü darıxıram, ona görə icazə versələr, evə gedəcəm”.

Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.

ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR