ABŞ səfirliyinə hücumla bağlı İLK AÇIQLAMA: "Türkiyədəki səfirlər, diplomatlar və..."

ABŞ səfirliyinə hücumla bağlı İLK AÇIQLAMA: "Türkiyədəki səfirlər, diplomatlar və..."
14:03 20 Avqust 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından açıqlama gəlib.

Publika.az xəbər verir ki, partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumun təxribat olduğunu açıqlayıb.

“Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir” -, sözçü bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin təhlükəsizlik işçilərinə silahlı hücum ediblər. Hadisə tələfatsız ötüşüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/251038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR