Zibil atmaq üçün evdən çıxmışdı - 9 gündür AXTARILIR / Video

Türkiyənin Bursa şəhərində 9 gün əvvəl zibil atmaq üçün evdən çıxan və geri qayıtmayan 18 yaşlı Cansel Sezerin ailəsi qızlarının həyatından olduqca narahatdırlar.

Metbuat.az-ın “Haberler.com”a istinadən verdiyi məlumata görə, Bursanın Gemlik bölgəsində yaşayan Emel və Saffet Sezer cütlüyünün üç uşağından biri olan Cansel 10 avqust günü səhər saatlarında zibil atmaq üçün evdən çıxıb. Geri dönməyən Canselin mobil telefonuna zəng ediblər. Zəng çatmadıqda vəziyyəti polisə xəbər ediblər.

Ailə qızlarının qaçma ehtimalının olmadığını bildirib. Araşdırmalar davam edir.

https://metbuat.az/news/1010897/saxta-pendire-diqq...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR