Bakıda daha bir avtobus dayanacağı zəbt edilib - FOTOLAR

Bakıda daha bir avtobus dayanacağı zəbt edilib.

Metbuat.az=ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev trend-ə bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, daha dəqiq, Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir:

"2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar".

Onun sözlərinə görə, artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır.

ŞOK: Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR